12 fevral 2024 at 15:51
Jurnalist kodu: 5487
Xəbər kodu: 85384780
T T
0 Persons
Yəmən: Amerika gəmisini vurduq - Qəzzaya təcavüz dayanana qədər hücumlar davam edəcək

Tehran – İRNA - Yəmən silahlı qüvvələri Qırmızı dənizdə Amerikaya məxsus "Star Iris" gəmisini vurduğunu açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii açıqlamasında vurğulyıb ki, Fələstin xalqına dəstək və ABŞ və İngiltərənin Yəməndə törətdiyi cinayətlərə cavab olaraq, Qırmızı dənizdə Amerikanın “Star İris” gəmisini raket hücumları ilə hədəfə aldıq və raketlərimiz hədəfi birbaşa və dəqiqliklə vurdu.

Açıqlamada qeyd olunur ki, Qəzzaya qarşı təcavüz dayanana və mühasirə bitənə qədər, sionist rejim gəmilərinin və işğal olunmuş ərazilərin limanlarına gedən gəmilərin hərəkətinin qarşısını almağa davam edəcəyik.

Yəmən Silahlı Qüvvələri Qəzza əhalisinə dəstək, eləcə də ABŞ və İngiltərənin Yəmənə qarşı təcavüzünə cavab olaraq Qırmızı dəniz və Ərəbistan dənizində daha çox əməliyyat keçirməkdən çəkinməyəcəklərini vurğulayıb.

Bir neçə saat əvvəl “Əl-Ərəbiyyə” telekanalı İngiltərə Dəniz Təhlükəsizliyi Təşkilatına istinadən xəbər verib ki, Qırmızı dənizdəki “Əl Mokha” limanı yaxınlığında yük gəmisi 20 dəqiqə ərzində 2 ayrı hücumla üzləşib və 2 raketlə hədəfə alınıb.

Bununla bağlı İngiltərənin Dəniz Təhlükəsizliyi Təşkilatı “X” sosial şəbəkəsindəki səhifəsində əlavə edib: “Bir gəmi kapitanı Əl Mokha limanından 40 mil məsafədə bu gəmiyə iki raketlə hücum edildiyini bildirib.”

Sizin rəyiniz

You are replying to: .